Avqustun 6-na kimi Gürcüstanda hava necə olacaq?
Avqustun 5-də Gürcüstanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Paytaxt Tbilisidə avqustun 2-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz 26, 28 dərəcə isti, avqustun 3-5-də isə havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 34 dərəcəyədək yüksələcəyi gözlənilir.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 4-5-də isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) avqustun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 3-5-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +18, +23 dərəcə təşkil edəcək.