Gömrükçülər külli miqdarda bəyan edilməmiş pulun gətirilməsi faktlarının qarşısını alıblar
İyulun 7-28-də “Sarpi” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində gömrükçülər külli miqdarda bəyan edilməyən pul vəsaitlərinin gizli yolla gətirilməsi faktlarının qarşısını alıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Gömrükçülər şübhə əsasında əcnəbi vətəndaşların fiziki və şəxsi baqajlarına və nəzarətlərində olan nəqliyyat vasitələrinə müfəssəl yoxlanış nəticəsində, nəhayət, bəyan edilməmiş məbləğ - 2900 avro, 59 407 ABŞ dolları və 7 265 700 Rusiya rublu aşkar ediblər.
“Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 655 597,94 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 169-e maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 65 560,16 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər”, - deyə məlumatda deyilir.