Gürcüstan Prokurorluğu Tsaqeridə bir ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, iyulun 27-də Tsaqeri bələdiyyəsinin Maxaşi kəndində mübahisə zamanı təqsirləndirilən şəxs qardaşının boğazına balta ilə xəsarət yetirib, o, hadisə yerində dünyasını dəyişib.
Təqsirləndirilən şəxs iyulun 27-də saxlanılıb. Ona qarşı 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası irəli sürülüb.
.jpg)