InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb və qərarı alqışlayıb:
"Şura Komissiyanın Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq niyyətini alqışlayır.
Ermənistan vətəndaşları üçün viza öhdəliyinin aradan qaldırılması imkanlarına yalnız meyarlar tam yerinə yetirildikdən sonra baxılacaq",- məlumatda deyilir.
Bu barədə qərar Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib.
Ermənistanın xarici işlər naziri Avropa İttifaqına təşəkkür edib:
"Biz Avropa Sülh Aləti çərçivəsində Ermənistana yardım və viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması ilə bağlı Aİ xarici işlər nazirləri səviyyəsində qəbul edilmiş tarixi qərarları alqışlayırıq", - Ararat Mirzoyan deyib.
Bu gün məlum olub ki, Avropa Sülh Fondu Ermənistan silahlı qüvvələrinə on milyon avro yardım edəcək.
