Gürcüstanda bədbəxt hadisə: Patrul polis avtomobili azyaşlını vuraraq öldürdü
Tbilisidə Lisi yolunda baş verən avtomobil qəzası nəticəsində azyaşlı dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki, hadisə ilə bağlı Gürcüstan prokurorluğu istintaqa başlayıb.
Məlumata görə, patrul polis avtomobili azyaşlı piyadanı vurub. Uşaq Jvaniya adına pediatrik akademik Klinikasına aparılsada həyatını xilas etmək mümkün olmayıb.
Prokrorluqdan verilən məlumata görə, hadisə ilə bağlı istintaqa başladılıb.
"Gürcüstan prokurorluğu Lisi yolunda baş verən yol qəza hadisəsi ilə əlaqədar istintaqı Gürcüstan cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə başlayıb.
İstintaqla təsdiq olundu ki, 30 avqust saat 23 :00 radələrində polis patrul avtomobili 2008-ci il təvəllüdlü yeniyetməni vurub. O, Jvaniya adına pediatrik akademik Klinikasına aparılsada həyatını xilas etmək mümkün olmayıb.
Cinayət işi üzrə bütün lazımi istintaq və proses tədbirləri həyata keçirilir "- deyə prokurorluqdan bildirilib.


