İyulun 15-dən Gürcüstan vətəndaşlarının Taylanda vizasız gediş-gəlişinə icazə verilir.
InterPress.ge xəbər verir ki, bu barədə Taylandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tayland 93 ölkə vətəndaşları, o cümlədən Gürcüstan vətəndaşları üçün 60 günlük vizasız gediş-gəliş tətbiq edib.
Tayland Daxili İşlər Nazirliyinin sözçüsü Traisuli Traisoranakulun sözlərinə görə, viza siyasətinin yenilənməsi daha çox xarici ziyarətçi cəlb etmək, o cümlədən səyahətləri təşviq etmək məqsədi daşıyır.
