19 
Iyl
2024
20:21
381

İnsan ölümünə səbəb olmaq faktına görə patrul polisi saxlanılıb

Gürcüstan Prokurorluğu Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşını yol hərəkəti təhlükəsizliyi qaydalarını pozması və nəticədə insan ölümünə səbəb olması faktı ilə bağlı saxlayıb.

InterPress.ge xəbər verir ki, qurum bununla bağlı açıqlama yayıb. 

İndiyədək aparılan araşdırmalarla müəyyən edilib ki, iyulun 19-da saat 04:35 radələrində Tbilisi şəhərində R.D. motosikleti həddindən artıq sürətlə idarə edərkən DİN-in patrul polis idarəsinin əməkdaşları ondan saxlamağı tələb ediblər, o, buna əməl etməyib və Aleksandre Kazbeqi prospekti istiqamətində hərəkətinə davam edib, bu zaman yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olan patrul polis şöbəsinin əməkdaşının idarə etdiyi avtomobillə toqquşub. Motosiklet sürücüsü hadisə yerində dünyasını dəyişib.

Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə ittiham edilir, 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi Şəhər Məhkəməsinə müraciət edir.

“Patrul polisinin əməkdaşları tərəfindən cinayət təqibi prosesində baş verə biləcək cinayət faktı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın