Borjomidə Zanavi - Kortanet yolunda avtomobil qəzası baş verib.
InterPress.ge-nin yerli media istinadən verdiyi məlumata görə, Borjomidən Tbilisi istiqamətilə hərəkət edən yüngül avtomobil dərəyə aşıb.
Məlumata görə, avtomobildə azyaşlı uşaq olmaqla 5 nəfər olub. 7 yaşlı uşaq həyatını itirib. Məlumatı Geohospitalsın Borjomidəki klinikası təsdiqləyir.
Avtomobildə ailə üzvləri ehtimal edilən digər 4 nəfər isə klinikada həkimlərin nəzarəti altındadırlar.
Klinika nümayəndəsi İrakli Diasamidzenin məlumatına görə, onların həyati təhlükələri yoxdur.
Cəmiyyət
Gürcüstanda ağır yol qəzası: İçərisində 5 nəfər olan avtomobil dərəyə aşdı - ölən var

Dinləmək üçün basın
Borjomidə Zanavi - Kortanet yolunda avtomobil qəzası baş verib. InterPress . ge -nin yerli media istinadən verdiyi məlumata görə, Borjomidən Tbilisi istiqamətilə hərəkət edən yüngül avtomobil dərəyə aşıb. Məlumata görə…
Xəbəri qiymətləndir
InterPress.ge kanalları
Xəbərləri sosial media kanallarımızda izləyin