30 
Avq
2020
18:22
3234

Tamar Baaçaliaşvilinin anası Azərbaycan və Türkiyəyə müraciət etdi - Qızının ölümü ilə bağlı sensasion açıqlama

Mərhum Tamar Baaçaliaşvilinin ailə üzvləri Baş Prokurorluq qarşısında aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin jurnalistlərə verdiyi məlumata görə, qızının qətlindö 3 nəfər iştirak edib.

"Bilirsiniz ki, mənim qızım 3 yüksək vəzifəli şəxs tərəfindən Tetricğaroda qətlə yetirilib. Mən bir nəfər düşünürdüm lakin məlum oldu ki, 3 nəfər olub. Bu vaxt ərzində qızımın qətli ilə əlaqədar işə baxılmır çünki, onlar yüksək vəzifəli şəxslərdir. Onlar qızıma məxsus telefonu açdılar, mövcud bütün məlumatları ortadan qaldırdılar. 2 kompyuter fleşkası var idi ki, onlarda itdi. Votsap mesajları silindi. Bunlar Gürcüstanlı 3 yüksək vəzifəli şəxslərdir. Mənim qızım təsadüfən kompyuterdə sistemə daxil olub. Bu sxemlə məlum olur ki, bu 3 şəxs tərəfindən Ermənistan tərəfi Qarabağ müharibəsi üçün silah sursatı ilə təmin edilir. Bildiyimə görə, Azərbaycan dövətinə Türkiyə hər zaman dəstək olur. Mən buna görə, Azərbaycandan və Türkiyədən bu işə müdaxilə etmələri üçün müraciət edirəm", - deyə Tamazaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər