17 
Iyl
2024
09:27
366

Pentaqon Gürcüstanla hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir

Vaşinqton birgə təlimlərin ləğvinə baxmayaraq, Tbilisi ilə hərbi əməkdaşlığı dəstəkləməyə davam edəcək.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Rayder bu yay planlaşdırılan hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasını şərh edərkən bildirib ki, Pentaqonun başqa hər hansı ləğvetmədən xəbəri yoxdur.

O, ABŞ-nin Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini davam etdirəcəyini vurğulayıb. Pentaqon, həmçinin Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü qorumaq üçün yollar axtaracaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər