15 
Iyl
2024
19:51
860

Marneuli və Bolnisi əhalisi də daxil olmaqla təbii fəlakətdən zərər çəkən ailələrə kompensasiya veriləcək

Gürcüstanın 7 bələdiyyəsində təbii fəlakətdən zərər çəkmiş ailələr dövlətdən təzminat olaraq 2000 lari alacaq.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin 11 iyul tarixli qərarında deyilir.

Sənədə əsasən, may ayında baş vermiş təbii hadisələrdən zərər çəkmiş 293 ailəyə birdəfəlik kompensasiya verilməsi məqsədilə hökumətin ehtiyat fondundan bələdiyyələrə ümumilikdə 586 min lari ayrılıb ki, bunun da ən böyük məbləği Kurti bələdiyyəsi üçün nəzərdə tutulub.

Təbii fəlakətdən zərər çəkənlər üçün bələdiyyələrə ayrılan vəsaitlər aşağıdakı kimidir:

Kurti Bələdiyyəsi - 212 000 lari;

Axalqori Bələdiyyəsi - 192 000 lari;

Marneuli Bələdiyyəsi - 94 000 lari;

Tiğvi Bələdiyyəsi - 40 000 lari;

Eredvi bələdiyyəsi - 24 000 lari;

Tetritskaro Bələdiyyəsi - 18 000 lari;

Bolnisi bələdiyyəsi - 6000 lari

Fərmana əsasən, kompensasiyanın məbləği bir ailəyə 2000 lari müəyyən edilib və sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan ailələrin sosial-iqtisadi vəziyyətinin yenidən yoxlanılması üçün əsas təşkil etmir.

Bizimlə əlaqə saxlayın