Polşanın Zamak şəhərində Gürcüstan vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Polşa mətbuatı yayıb.
Onların məlumatına görə, 52 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı yolda qalan avtomobildən oğurluq edib.
Gürcüstan vətəndaşı avtomobildən dəyəri 250 zlota bərabər olan powerbank, üç eynək, CD və sənədləri oğurlayıb.
Polşa mətbuatının yazdığına görə, həmin şəxs əvvəllər də avtomobillərdən oğurluq edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan vətəndaşını saxlayıblar.
