Şida Kartlidə Mtkvari çayında bir nəfəri axtarırlar.
InterPress.ge xəbər verir ki, bir neçə saat əvvəl Kvaxvreli kəndi yaxınlığında 30 yaşlarında şəxsi su axını aparıb.
Yerli sakinlərin sözlərinə görə, faktın şahidi itən şəxsin qardaşıdır, onlar sərinləmək üçün çaya giriblər.
Hadisə yerinə xilasedicilər və polis səfərbər edilib.
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
