45 yaşlı qadın quduz heyvanın dişləməsi nəticəsində dünyasını dəyişib
Ambrolauri bələdiyyəsinin Balaca Çorco kəndində bir nəfər quduzluqdan ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
45 yaşlı qadın, çox güman ki, bu ilin fevral ayında öz itinin balasından quduzluğa yoluxub. Bala da elə həmin ayda ölüb.
“Qadın quduzluğa qarşı müalicə üçün müraciət etməyib. Quduzluğun klinik mənzərəsinin inkişafı iyulun 6-da bu xəstəlik üçün tipik klinik əlamətlərlə başlayıb. Fakt 11 iyul 2024-cü ildə qeydə alınıb və həmin gün ölümlə nəticələnib. Diaqnoz PJR araşdırması ilə təsdiqlənib.
Oxşar fakt 2022-ci ilin noyabrından sonra ilk dəfə bu il müşahidə edilib.
Hazırda müvafiq cavab tədbirləri davam etdirilir. Quduzluq virusuna yoluxma halında, insanı xilas etməyin yeganə yolu vaxtında peyvənd etməkdir. İnsanlarda quduzluğun qarşısının alınması məqsədilə dövlət immunizasiya proqramı çərçivəsində ölkə ərazisində yüksək effektli bioloji preparatlar (vaksin və immunoqlobulin) paylanılır. Bütün bələdiyyələrdə profilaktika mövcuddur", - məlumatda deyilir


