12 
Iyl
2024
13:53
290

Parlament aparatı yeni avtomobillər satın alır

Parlament aparatı qarşıdan gələn növbəti çağırış parlamenti üçün yeni avtomobillər satın alır.

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Parlament aparatı məlumat yayıb.

Qurumun izahına görə, onun balansında olan avtomobillər amortizasiya olunub və onlar hibrid avtomobillərlə əvəz olunacaq.

Elan edilmiş alışın təxmini dəyəri 6 712 230 lari təşkil edir, ondan avtomobillərin öz dəyəri təxminən 5 557 800 lari, qalan 1 154 430 lari isə 5 illik zəmanət müddəti üçün təxmini ümumi xidmət (yanacaq və texniki xidmət) üçün nəzərdə tutulub.

“Bu gün Gürcüstan parlamenti aparatının balansında 89 ədəd nəqliyyat vasitəsi (o cümlədən protokol, növbətçi və sərnişin mikroavtobusları nümayəndə heyətlərinə xidmət göstərmək üçün) qeydiyyatdadır, Onların əksəriyyəti artıq istismarda olan, 2015-ci ildə Tbilisidə keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının illik tədbirindən sonra pulsuz verilmiş avtomobillər, həmçinin 2007-2013-cü illərdə alınmış müxtəlif markalı avtomobillərdir.

Qeyd edək ki, aparatın balansında olan nəqliyyat vasitələrinin əksəriyyətinin istismar müddəti bitib və balans dəyəri aşağı salınıb. İllər keçdikcə texniki xidmət xərcləri artır (100 km-ə orta yanacaq sərfi 12-15 litr, bir avtomobil üçün orta illik təmir xərcləri isə 5000 lari təşkil edir). avtomobillərin orta yürüşü 300.000 km-dir).  Qərara əsasən, amortizasiya olunmuş avtomobil parkının dəyişdirilməsi, büdcə vəsaitlərinin rasional xərclənməsi və ətraf mühitə daha az ziyan vurulması məqsədilə Parlament Aparatı 2025-ci ilədək mövcud 60 ədəd daxiliyanma mühərrikli amortizasiya olunmuş avtomobillərin hibrid avtomobillərlə əvəzlənməsini planlaşdırır. "- deyə parlament  aparatından bildirilib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər