Gürcüstanın NATO-ya can atması ilə bağlı hər hansı qeyd alyansın bəyannaməsindən çıxarılıb
"Gürcüstanın NATO-ya can atması ilə bağlı hər hansı qeyd alyansın bəyannaməsindən çıxarılıb. Buxarestdən sonra görülən ağır iş “Rusiya qanunu” sayəsində boş yerə getdi."
InterPress.ge xəbər verir ki, Hudson İnstitutunun baş elmi işçisi Luk Koffi NATO-nun Vaşinqton sammitinin bəyannaməsinə belə münasibət bildirib.
“Gürcüstanın NATO-ya can atması ilə bağlı hər hansı qeyd NATO bəyannaməsindən çıxarılıb. 2008-ci ildə Buxarestdən sonra görülən bütün zəhmətlər “Rusiya qanunu” sayəsində boş yerə getdi. “Gürcü arzusu”nun Gürcüstanın Avro-Atlantik yoluna mane olmasının aydın, faciəli və təkzibedilməz sübutudur”, - deyə Luk Koffi sosyal şəbəkə X-də yazır.
Məlumat üçün bildirək ki, Şimali Atlantika Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları Rusiyanı Moldova və Gürcüstandan öz qüvvələrini çıxarmağa çağırıb.


