11 
Iyl
2024
10:10
228

ABŞ dövlət katibinin müavini Gürcüstandadır

ABŞ dövlət katibinin müavini Uzra Zeia Gürcüstandadır.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini sosial şəbəkədə bu barədə məlumat yayıb.

"Salam! Mən Tbilisiyə Gürcüstanın və gürcü xalqının suverenliyini və ərazi bütövlüyünü, o cümlədən onların azad və ədalətli seçkilər, sərbəst toplaşma və ifadə azadlığını dəstəklədiyimi bir daha təsdiqləmək üçün gəldim. ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyini təhdid edən antidemokratik hərəkətlərindən ciddi şəkildə narahatdır”, - Uzra Zeiayazıb.

ABŞ dövlət katibinin müavini Uzra Zeia Gürcüstana səfəri çərçivəsində hökumət üzvləri, parlament üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər