Mərkəz rəhbəri koronavirus vaksini ilə bağlı şad xəbər verdi
"Gürcüstan koronavirus əleyhinə vaksin əldə etməsi üçün artıq danışıqlara başlayıb".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.
Onun sözlərinə görə, vaksin təsdiqləndikdən sonra ilkin mərhələdə əhalinin 10-20 faizi üçün müvafiq vaksin əldə ediləcək.
"Danışıqlar artıq başlayıb. Vaksinlərin qlobal Alyansı ilə aktiv əməkdaşlıq edirik. Vaksinin ölkələr üçün əlçatan olması üçün platforma mövcuddur.
Qurumlararası koordinasiya şurasının son iclasında bu məsələ müzakirə edildi. Baş nazir qurumlara müvafiq tapşırıqlar verdi. Vaksin təsdiqləndikdən sonra vaksini əldə etməyimizə dair böyük ümidlərimiz var. Söhbət ilkin mərhələdə əhalinin 10-20 faiz üçün müvafiq vaksin əldə ediləcəyindən gedir. Bu isə 400 000 - 700 000 nəfər deməkdir", - deyə Amiran Qamğrelidze qeyd edib.


