08 
Iyl
2024
10:53
238

6 ayda ən çox ianə “Gürcü arzusu” partiyası alıb

6 ayda ən çox ianə “Gürcü arzusu” 1 403 706 lari, “Lelo” 910 490 lari və “Milli Hərəkat” 464 402 lari alıb. “Vətəndaşlar” və “Strategiya Ağmaşenebeli” isə həmin dövrdə heç bir ianə almayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında dərc olunan məlumatada qeyd olunub.

Məlumata əsasən, 2024-cü il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə bəzi parlament partiyaları ümumilikdə 2 milyon 839 min 895 lari ianə alıblar.

Bu ilin ilk 6 ayında ən çox ianə, 1 milyon 403 min 706 lari “Gürcü arzusu” alıb.

Donorlar arasında partiyaya 10 min lari bağışlayan Tamaz Tamazaşvili də var. İane edənlər arasında partiyaya 12 000 lari bağışlayan Tbilisi meri Kaxa Kaladze və “Gürcü arzusu”na 50 426 lari verən Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Badri Nanetaşvilidə var.

“Lelo” partiyası 2024-cü ilin 6 ayında 910 490 lari ianə alıb. Donorlar arasında partiyanın təsisçiləri Badri Caparidze və Mamuka Xazaradze də var ki, onlar partiyaya müvafiq olaraq 60.000 lari ianə veriblər.

“Vahid Milli Hərəkat” partiyasına olunan ianələrə gəlincə, həmin dövrdə partiya 464 min 402 lari alıb. Bir neçə sövdələşmə nəticəsində partiyaya 58 300 lari köçürən donorlar arasında “Milli Hərəkat”ın baş katibi Petre Tsiskarişvili də var.

“Gürcüstan naminə” partiyasına gəlincə, bu ilin 6 ayında 50 997 lari ianə alıb. Donorlar arasında Berdia Siçinava və Anna Buçukuri də var.
Parlamentdəki müxalifət partiyası “Avropa Sosialistləri” həmin dövrdə 10300 lari ianə alıb.
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında dərc edilən məlumata görə, 2024-cü ilin ilk 6 ayında iki parlament partiyası “Vətəndaşlar” və “Strategiya Ağmaşenebeli” heç bir ianə almayıb.

 

Bizimlə əlaqə saxlayın