04 
Iyl
2024
12:55
327

“Strategiya Ağmaşenebeli”  partiyası "Vahid Milli Hərəkat"la birlikte yeni mərkəz yaradır 

“Strategiya Ağmaşenebeli”nin məqsədi “Milli Hərəkat”la birlikdə daha da güclü cazibə mərkəzi yaratmaqdır – mütləq birlik olacaq, bizdən başqa siyasi qruplar da olacaq."

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Strategiya Ağmaşenebeli” partiyasının deputatı Paata Mancqaladze danışıb.

Onun sözlərinə görə, birliklə bağlı təfərrüatlar iyulun 8-də ictimaiyyətə açıqlanacaq. “Milli Hərəkat” ən böyük və ən güclü müxalifət partiyasıdır. Məqsədimiz “Milli Hərəkat”la birlikdə daha da güclü cazibə mərkəzi, yəni ağırlıq mərkəzi yaratmaqdır. Mən sizə birbaşa deyirəm, biz buna hazırıq. Biz danışıqlar aparırıq. İyulun 8-də hər şeyi öyrənəcəksiniz. “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” bir yerdə tək olmayacaq, çox maraqlı insanlar, o cümlədən çoxlu maraqlı siyasi qruplar olacaq, bunu sizə deyə bilərəm. “Milli Hərəkat” və “Strategiya Aqmaşenebeli”dən başqa, başqa siyasi qruplar da olacaq”, - deyə Mancqaladze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər