02 
Iyl
2024
13:21
297

Külli miqdarda bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi faktlarının qarşısı alınıb

Son iki həftənin məlumatına görə, gömrükçülərin şübhəsi əsasında “Sarp” və “Sadaxlı ” gömrük-keçid məntəqələrində Gürcüstan və əcnəbi vətəndaşların həm fiziki, həm də onlara məxsus baqajlara aparılan ətraflı yoxlama nəticəsində külli miqdarda (ümumi çəkisi: 375,91 qram) bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Məlumata əsasən, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 56 344,29 lari təşkil edib.

“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan 4 vətəndaşa sanksiya qismində 27 524,2 lari məbləğində pul cəriməsi tətbiq edilib və qanunu pozan xarici vətəndaşın iş materialları növbəti tədbirlər üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.” – məlumatda qeyd olunur.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər