02 
Iyl
2024
10:50
481

UEFA Gürcüstan Futbol Federasiyasını 30 min avro cərimələyib

Oyun başlamazdan əvvəl Dortmundda gürcü və türk azarkeşlər arasında baş verən qısa davaya görə EFA Gürcüstan Futbol Federasiyasını 30 min avro, Türkiyə Futbol Federasiyasını isə 25 min avro cərimələyib.

InterPress.ge xəbər verir ki, bu barədə AP xəbər agentliyi yazıb.

Agentliyin yazdığına görə, UEFA qərarı bazar ertəsi elan edib.

Bundan əlavə, UEFA Avro-2024-ün həmtəşkilatçısı Almaniyanı da cərimələyib. Ona qarşı ümumilikdə 20 min avro məbləğində iki cərimə kəsilib.  Eyni zamanda, medianın yazdığı kimi, tamaşaçılara meydanda Kriştiano Ronaldo ilə şəkil çəkdirməyə icazə verilməyib. Cərimənin bir hissəsi bu pozuntu ilə bağlıdır.

AP-nin məlumatına görə, ən çox cərimələr müxtəlif əşyaların atılmasına görə verilib və bunlara görə aşağıdakı ölkələr cərimələnib: Serbiya 68 625 avro və 60 000 avro, Xorvatiya 63 875 avro, Avstriya 57 375 avro . İngiltərə və Rumıniya rəqib komandanın dövlət himninin ifasını pozduqlarına görə 10 min avro cərimələnib.

Bizimlə əlaqə saxlayın