29 
Iyn
2024
18:53
544

BƏƏ Gürcüstan məhsulları üçün bazar açır

Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, bu barədə EastFruit yazıb.

Müqavilə Gürcüstanda istehsal olunan mal və xidmətlərin liberallaşdırılmasını nəzərdə tutur.

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladzenin sözlərinə görə, İqtisadi Tərəfdaşlıq Sazişi iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcək.

Müqavilə qüvvəyə mindikdən sonra BƏƏ dərhal Gürcüstan üçün mal və qoyun əti, bal, qoz-fındıq, mineral su, meyvə-tərəvəz konservləri, sərinləşdirici içkilər, azot gübrələri, toxuculuq məhsulları və s. kimi mühüm məhsulların bazarını açacaq. 

Birləşmiş Ərəb Əmirlikləri artıq Gürcüstanın ərəb ölkələri arasında aparıcı ticarət tərəfdaşıdır. 2023-cü ilin məlumatlarına görə, Gürcüstan və Əmirliklər arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39%, o cümlədən ixrac 73% artıb. Bundan əlavə, Gürcüstana investisiyaların həcmi 29% artıb.

Bizimlə əlaqə saxlayın