26 
Iyn
2024
10:55
322

Narkotik cinayətlərinə görə 24 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin, Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Kaxeti və İmereti polis idarələrinin əməkdaşları Baş Prokurorluqla birgə narkotik cinayətləri törətməkdə ittiham olunaraq 24 nəfəri saxlayıblar. Onlardan 11-i narkotik alverçisidir.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs edilənlər arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb. Hakimin hökmü əsasında polis tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilən şəxslərdən bir neçə dəfə narkotik vasitələrin nəzarəti həyata keçirilib və bu alışlar gizli şəkildə audio-video lentə alınıb.

Xüsusilə külli miqdarda narkotik vasitələrin, o cümlədən narkotik vasitə olan “Marixuana”nın qanunsuz satışı, satışına cəhd və hazırlamaq faktlarına görə 1999-cu il təvəllüdlü K.İ. 1969-cu il təvəllüdlü N.S. 1975-ci il təvəllüdlü Z.T. həbs edilmişdir.

Həmçinin 2002-ci il təvəllüdlü D.A. əvvəllər məhkum olunmuş şəxslər: 1972-ci il təvəllüdlü G.K. 1990-cı il təvəllüdlü G.B. və 1994-cü il təvəllüdlü G.A da həbs olunmuşdur.

Narkotik cinayətlərində təqsirli bilinərək həbs edilmiş şəxslərin fərdi və yaşayış evlərinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin onların göstərdikləri müxtəlif ünvanlardan külli miqdarda narkotik vasitə, o cümlədən:
"Kokain", "Buprenorfin", "Metadon", "MDMA", "Alpha PVP", "Ketamin", sözdə "Bio", "Metamfetamin" və "Marixuana" sübüt kimi götürmüşdür.

Polis şübhəlilərdən pul və elektron tərəziləri sübut kimi götürüb. Həmçinin narkotik ittihamı ilə həbs edilən 3 nəfərin üzərindən silah-sursat maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-e 261-e, 262-e, 265-e, 18-260-e, 19-260-e, 273-e, 19-273-e və 236-e maddələri ilə aparılır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər