18 
Fev
2020
17:29
830

Arçil Talakvadze abxaz və osetin həmvətənlilərə müraciət etdi

"Sizin imkanınız var ki, ölkənin inkişafı və Avropa inteqrasiyası yolu ilə yaratdığımız bütün yaxşılıqlardan istifadə edəsiniz".

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze illik hesabatı təqdim edərkən Abxaz və Osetiya xalqına müraciət edərək dedi.

Talakvadzenin dediyinə görə, dəfələrlə öz tarixində olduğu kimi, ölkə bu gün də çətin çağırışlar qarşısında durur.

O bildirdi ki, Gürcüstanın rayonlarının işğalı davam edir, insanların qaçırılması, qətllər, qaçaqmalçılıq, hərəkət məhdudiyyətləri, qanunsuz həbslər, doğma dilində təhsilin alınmasının qadağan edilməsi və başqa ağır pozuntularla hər gün qarşılaşırıq.

Parlamentin sədri qanunvericilik orqanının tribunasından abxaz və osetin xalqına bir daha müraciət etdi.

“Abxaz və osetin həmvətənlilərimizə bir daha səsimi çatdırmaq istəyirəm. Sizin imkanınız var ki, ölkənin inkişafı və Avropa inteqrasiyası yolu ilə qurduğumuz bütün imkanlardan istifadə edəsiniz. Bununla fəxr edə və bundan istifadə edə bilərsiniz”, – Arçil Talakvadze bəyan etdi.

Plenar iclasda hesabatın təqdim edilməsində baş nazir Giorgi Qaxariya, hökumət üvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Bizimlə əlaqə saxlayın