27 
Avq
2020
20:47
4230

Baş nazir uşaqlara verilən 200 lari ilə bağlı açıqlama verdi

"18 yaşdan kiçik uşaqlara sosial yardım proqramında qeydiyyatdan keçmək dekabrın 1-dək davam edəcək və birinci mərhələ müraciətləri üçün sosial yardımın verilməsi sentyabrın 1-dən başlayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria qeyd edib.

Onun bildirdiyinə görə, 18 yaşadək uşaqlar üçün köçürüləcək olan vəsaitlər banka borcu olanlara heç bir mənfi təsir göstərməyəcək.

"Böhran vəziyyətinin inkişafı və ardıcıllığı ilə əlaqədar olaraq, dövlət virusa qarşı mübarizə, habelə virusun yayılması risklərinin idarə edilməsində birbaşa əks olunan və əlavə olaraq bölgədəki ən yaxşılarından biri olan sosial yardım paketi ilə mübarizə üçün konkret tədbirlər və addımlar atır. Bu yaxınlarda 18 yaşdan kiçik uşaqlar üçün sosial dəstək paketi elan etdik, burada həll ediləsi bir sıra texniki problemlər var idi. Dünən bank sektoru ilə görüşümüz baş tutdu və birgə qərar qəbul etdik. Belə ki, vətəndaşlarımızın və ailələrin alacağı bu sosial yardım heç bir halda bank öhdəliklərinin yerinə yetirilməsinə yönəlməyəcək. Bu o deməkdir ki, banka krediti olan vətəndaşlarımızın hesabından avtomatik olaraq bank bu məbləği çıxara bilməz. Həm də icra mexanizmləri və tədbirlərinin heç biri bu məbləğə təsir etməyəcək", - dedi Qiorqi Qaxaria.

Onun sözlərinə görə, bugünkü məlumatlara görə, bu proqrama 810 min uşaq müraciət edib, bu da 482 min ailə deməkdir.

"Bu, aldığımız və qərara gəldiyimiz ən düzgün və effektiv yardımdır. Böhran müddətində gözlənilən yoxsulluğun səviyyəsini artmasının qarşısını almaq və ilk növbədə vətəndaşlarımızın ailələrini dəstəkləmək məqsədi daşıyır", - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər