27 
Avq
2020
18:44
5361

Baş prokurorluq öldürülən gənc qızın işi ilə bağlı video kadrlar yayımladı - VİDEO

Baş prokurorluq Tamar Baçaliaşvilinin avtomobilinin və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) məxsus 3 avtomobilin hərəkətini əks etdirən kadrları ictimailəşdirib.

InterPress.ge ipn-ə istinadən xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayır.

Baş prokurorluqdan verilən açıqlamaya görə, İ istintaqla əldə olunan videoyazıları ilə( 112- nin və müxtəlif obyektlərin videoyazıları ilə) təsdiq olunur ki, DTX - yə məxsus 3 avtomobil Qaçianidən Şavanabad xüsusi qüvvələrin təlim bazası istiqamətilə hərəkət edir. Daha sonra isə onlar Rustavi kəsişməsinin müəyyən hissəsində Tamar Baçaliaşvilinin avtomobilinin arxasında görünürlər.

"Yüksək ictimai maraqları nəzərə alaraq Tamar Baçaliaşvilinin vəfatı ilə bağlı aparılan istintaq haqqında məlumat təqdim etmək istəyirik.

Tamar Baçaliaşvilinin cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri əldə etdikləri dəlilləri və ekspertiza nəticələrini tanış etmək üçün intensiv şəkildə Tamar Baçaliaşvilinin ailəsi və ailə vəkili ilə görüşürlər. Bundan əlavə istintaq tərəfindən ailə tərəfindən verilən bütün məlumatlar öyrənilir və müvafiq istintaq tədbirləri görülür.

Ailə və ailə vəkili 18 iyul tarixində saat 10:09 radələrində Tamar Baçaliaşvilinin yaşayış evindən öz avtomobili ilə çıxdığı, Rustavi Tbilisi, sonra Tbilisi Marneuli,, Telet və Godadan keçməklə Marneuli Tetricğaro Çalka istiqamətilə Marneuli bələdiyyəsinin Xaişi kəndinədək hərəkət etdiyi müşahidə kameraları vasitəsilə qeydə alınan materialla tanış edilib. Qeyd olunan videomaterial DİN-in ictimai təhlükəsizlik idarəsi mərkəzinin 112 nin müşahidəçi kameraları tərəfindən eləcədə müxtəlif obyektlərin müşahidə kameralarından qeydə alınıb.
Yolun müəyyən hissəsində 3 avtomobilin hərəkəti ilə əlaqədar ailənin açıqlamasına gəlincə, istintaq tərəfindən əldə olunan videomaterialla təsdiq olunur ki, ( 112nin və müxtəlif obyektlərin müşahidə kameraları vasitəsilə qeydə alınan videoyazıları ilə) DTX-yə məxsus 3 avtomobilin Qaçianidən Şavanabad xüsusi təlim bazası istiqamətilə hərəkət edirlər. Qeyd olunan avtomobillər Rustavi yol kəsişməsinin müəyyən hissəsində Tamar Baçaliaşvilinin avtomobilinin arxasında görünürlər, daha sonra bu avtomobillər Tbilisi Marneuli yol kəsişməsindən dönərək Şavanabad təlim bazasına doğru istiqamətlənirlər. Daha sonra Tamar Baçaliaşvili avtomobili ilə əvvəlcə Poniçala daha sonra Tbilisi Marneuli istiqamətilə Rustavi Tbilisi sonra Tbilisi Marneuli istiqamətilə hərəkət etdiyi qeydə alınıb ", - deyə Baş prokurorluğun məlumatında qeyd edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər