Gürcüstan Dəmir Yolları sərnişinlərə, iyulun 1-dən etibarən elektron olmayan, laminatlı şəxsiyyət vəsiqələri ilə səyahət edə bilməyəcəkləri barədə xəbərdarlıq edir.
InterPress.ge xəbər verir ki, qatara minməzdən əvvəl, sərnişinlər elektron şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.
“Hörmətli sərnişinlər, nəzərinizə çatdırırıq ki, iyulun 1-dən etibarən siz artıq elektron olmayan, laminatlı şəxsiyyət vəsiqələri ilə qatarlarda hərəkət edə bilməyəcəksiniz. Gediştən əvvəl elektron şəxsiyyət vəsiqələrinizi təqdim etməli olacaqsız”, - deyə məlumatda bildirilir.
