21 
Iyn
2024
10:33
288

Amerikalı senator: Biz hazırkı hökumət liderlərinə onların hərəkətlərinin nəticələrinin olacağını başa salmaq istəyirik

"Biz Gürcüstan hökumətinin hazırkı rəhbərlərinə, “Gürcü arzusu”na açıq şəkildə bildirmək istərdik ki, onların hərəkətlərinin nəticələri olacaq.Gürcüstanda baş verənlər bizim hərbi əlaqələrimizə də təsir edir. 

InterPress.ge xəbər verir ki, bu barədə amerikalı senator Cin Şahin “Amerikanın səsi”nin Gürcüstan nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin gördüyü işin nəticəsi olacaq və bu, ABŞ-dan gələn yardıma da təsir edəcək.

“Ümid edirik ki, bu, Gürcüstan hökumətinə onların etdiklərinin nəticələrinin olacağına dair çox, çox güclü mesaj olacaq. Bu, onların ABŞ-dan aldıqları yardıma təsir edəcək və Gürcüstan liderləri üçün yaxşı olmayacaq şəkildə münasibətlərə təsir edəcək, xüsusən də əhalisinin böyük əksəriyyəti Qərbə üz tutduqda, Avropa Birliyinin bir hissəsi olmaq istəyib və NATO-ya tərəf baxır və ABŞ-a çox müsbət yanaşır.“ –deyə  Senator bildirib.

Bundan əlavə, senatorun sözlərinə görə, hazırda Gürcüstanda baş verənlər ölkələr arasında hərbi münasibətlərə də təsir edir.

“Bildiyiniz kimi, Gürcüstan müstəqillik əldə etdikdən sonra bizim çox yaxşı hərbi əlaqələrimiz olub. Biz açıq şəkildə bildirmək istərdik ki, hazırda Gürcüstanda baş verənlər ölkələr arasında hərbi münasibətlərə təsir edir. Düzdür, bizim bu qanunvericilik təşəbbüsümüz ayrıca təqdim edilib, lakin bu, Silahlı Qüvvələr Komitəsindən bu yaxınlarda qəbul edilmiş müdafiə qanun layihəsində də öz əksini tapıb.” – Cin Şahin bildirib.

Bundan başqa, Şahinin sözlərinə görə, hökumətin qəbul etdiyi “Xarici təsirin şəffaflığı” qanunu çərçivəsində qeyri-hökumət təşkilatları fəaliyyətini davam etdirə bilməyəcək.

“Biz Gürcüstandakı qeyri-hökumət təşkilatları, öz Milli Demokratiya İnstitutumuz və Gürcüstanda belə yaxşı iş görən Beynəlxalq Respublikaçılar İnstitutu ilə danışdıq. Bizə deyirlər ki, bu qanun çərçivəsində fəaliyyətlərini davam etdirə bilməyəcəklər. Beləliklə, [təqdim etdiyimiz qanun layihəsi] bu qanunun qəbulunda iştirak edən insanlara qarşı sanksiyalar tətbiq edəcək”, - Cin Şahin deyir.

Məlumat üçün bildirək ki, senator Cin Şahini tərəfindən Gürcüstan rəsmiləri və onların ailə üzvləri üçün daimi viza məhdudiyyətlərini nəzərdə tutan ikipartiyalı qanun layihəsi, “Gürcüstan Xalq Aktı” Konqresə təqdim edilib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər