Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin təsdiqi ilə bağlı razılığa gəliblər.
InterPress.ge xəbər verir ki, bu barədə Belçikanın Avropa İttifaqı Şurasına sədrliyi məlumat yayıb.
“Bu yaxınlarda Aİ səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq güclü və əsaslı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu paket məqsədyönlü yeni tədbirləri əhatə edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimuma çatdırır”, - deyə məlumatda bildirilir.
14-cü sanksiyalar paketi son bir neçə həftə ərzində Aİ səfirləri tərəfindən müzakirə edilib və Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasını məhdudlaşdırmağa yönəlib.
