Ölkədə iyun ayının 23-dək olan hava proqnozu açıqlandı
İyunun 23-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt Tbilisidə gecə və axşam saatlarında şimşək çaxacaq qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): iyunun 20-21-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, 22-də havanın dəyişəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu +26, +28 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.


