DİN: Narkotik cinayətlərinə görə 27 nəfər saxlanılıb
Mərkəzi Kriminal polisi və Patrul Polisi, Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Quriya, Kaxeti və İmereti polis idarələrinin əməkdaşları Baş Prokurorluqla birlikdə son vaxtlar həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərində ittiham olunan 27 nəfəri həbs ediblər. Onların arasında 15 narkotik alverçisi də var.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun məlumatına görə, həbs edilənlər arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən külli miqdarda müxtəlif növ narkotik vasitə maddi sübut kimi götürülüb. Hakimin hökmü əsasında polis tərəfindən narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilən şəxslərdən bir neçə dəfə narkotik vasitələrin nəzarəti həyata keçirilib və bu alışlar gizli şəkildə audio-video lentə alınıb.
Hüquq muhafizə orqanları əməkdaşları narkotik cinayətlərində təqsirli bilinərək həbs edilmiş şəxslərin fərdi və yaşayış evlərinə baxış zamanı onların göstərdikləri müxtəlif ünvanlardan da külli miqdarda narkotik vasitə, o cümlədən: Heroin, kokain, buprenorfin, morfin, tebain, kodein, metadon, alfa PVP, mephedrone, klephedrone, metamfetamin, Lyrica və marixuana".
Cinayətkarları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.


