27 
Avq
2020
15:50
3024

Bu gündən Gürcüstana dünyanın 95 ölkəsindən bu qaydaya uyğun olaraq gəlmək mümkün olacaq

"Bu gündən "Gürcüstandan İşlə" proqramı qüvvəyə minir. Bu proqram dünyanın 95 ölkə vətəndaşının Gürcüstana gəlməsinə və buradan məsafəli işləməyə imkan verir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava qeyd edib.

Nazirin sözlərinə görə, Gürcüstandan məsafəli işləməyə gəlmək istəyənlər burada karantin və test xərclərini öz ciblərindən ödəyəcəklər.

"Praktiki olaraq bu gündən etibarən Stopcov.ge saytında Gürcüstandan İşlə proqramı aktiv olacaq. Bu proqram dünyanın 95 ölkə vətəndaşının Gürcüstana gəlməsinə burada karantin və test xərclərini öz ciblərindən ödəməklə məsafəli işləməyə imkan verir. Çünki Gürcüstan dünyada təhlükəsiz ölkələrdən biridir. Başqa ölkələrlə müqayisədə ölkəmizdə yaşayış yeri şəraiti, infrastrukturası daha əlverişlidir", - deyə N Turnava qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər