18 
Iyn
2024
21:11
1946

Müəllimlər artan maaşları nə vaxt alacaqlar?

Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili müəllimlərin artan əməkhaqqını nə vaxt alacağını və kimin maaşının neçə lari artırılacağından danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə o, “Sabahın xeyir Gürcüstan” proqramında danışıb.

”Gürcüstan hökumətinin qərarına əsasən, dövlət məktəblərində dərs deyən və statusu olan 52 211 müəllimin maaşı əhəmiyyətli dərəcədə artacaq. Bu müəllimlərin 70%-nin, yəni 37 min müəllimin maaşı 500, 600, 700 və 800 lari artırılacaq. 25%, yəni 13 min müəllimin maaşı 300 laridən 400 lariyə, 5%, yəni 2300-2400 müəllimin maaşı ən azı 200 laridən 300 lariyə qalxacaq. 52 mindən çox müəllimin maaşı ən azı 200 lari artırılacaq və əməkhaqqı artırılmayan müəllim qalmayacaq. Yeni formula ilə müəllimlər maaşlarını iyulun əvvəlindən alacaqlar. İyul və avqust aylarının məzuniyyət ödənişi iyulun əvvəlində köçürüləcək.

Ödəniş müəllimin dərs saatlarının sayına görə hesablanacaq. İxtisas, təhsil, dərəcə, iş stajı nəzərə alınacaq” 

Bizimlə əlaqə saxlayın