Gürcüstan Prokurorluğu transmilli cinayətin üstünü açıb
Gürcüstan Prokurorluğu kiber fırıldaqçılıq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması faktları üzrə iki xarici ölkə vətəndaşı və iki hüquqi şəxsə qarşı daha bir transmilli cinayət açıb və cinayət təqibinə başlayıb.
InterPress.ge xəbər verir ki,bu barədə məlumatı prokurorluğun mətbuat xidməti yayıb.
Onların verdiyi məlumata görə, Baş Prokurorluğun apardığı istintaqla təqsirləndirilən şəxslərin xaricdə yaşayan şəxslərə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə əldə etmək məqsədilə cinayətkar qrup yaratdıqları müəyyən edilib.
“Qabaqcadan hazırlanmış cinayət planına əsasən, təqsirləndirilən şəxslər və onlarla əlaqədə olan şəxslər qondarma adlar altında xarici ölkə vətəndaşları ilə əlaqə saxlayıb, özlərini mövcud olmayan beynəlxalq investisiya şirkətinin nümayəndəsi kimi təqdim edərək, onların etimadını qazanıblar və sanki Amerika Birləşmiş Ştatlarının birjalarından birində şirkətlərin səhmlərini almaq üçün lazım olan vəsait onların nəzarəti altında olan saxta şirkətlərin Gürcüstandakı bank hesablarına köçürüblər.
Bu yolla təqsirləndirilən şəxslər dələduzluq yolu ilə fiziki şəxslərə məxsus külli miqdarda, təxminən 150.000 ABŞ dolları məbləğində vəsaiti ələ keçiriblər.
Sonradan qanunsuz əldə etdikləri vəsaitlərə hüquqi üz vermək üçün təqsirləndirilən şəxslər saxta hesab-fakturalar əsasında xaricdəki vəsaitləri nəzarət etdikləri bank hesablarına köçürüb və bununla da xüsusi külli miqdarda qanunsuz gəlirləri leqallaşdırıblar.
Dələduzluq və qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə təqsirləndirilən fiziki şəxslərə qarşı 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan, qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə isə hüquqi şəxslər barəsində cinayət təqibi başlanılıb(ləğv edilməklə və ya işləmək hüququ müsadirə edilməklə cərimə nəzərə alınır).
Artıq təqsirləndirilən fiziki şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Kiber fırıldaqçılıq və çirkli pulların yuyulması ilə mübarizə Gürcüstan Prokurorluğunun prioritet istiqamətlərindən biridir. Gürcüstan Prokurorluğu oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa edilməsi məqsədilə istintaqı fəal şəkildə davam etdirir”, - məlumatda deyilir.


