18 
Iyn
2024
10:21
330

Gürcüstanın futbol komandası bu gün Avropa çempionatında Türkiyə ilə ilk oyununu keçirəcək

Gürcüstanın futbol komandası bu gün Avropa çempionatında Türkiyə ilə ilk oyununu keçirəcək.

InterPress.ge xəbər verir ki, görüş Tbilisi vaxtı ilə saat 20:00-da Dortmunddakı "BVB Arena"da başlayacaq.

Gürcüstan yığması iyunun 22-də Hamburqda Çexiya, iyunun 26-da Gelzenkirxendə Portuqaliya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstanın milli futbol komandası tarixdə ilk dəfə olaraq Avropa çempionatında çıxış edəcək.

Bundan əlavə, Gürcüstan millisinin bütün oyunları Mixail Mesxi adına stadionda nümayiş etdiriləcək, tamaşaçıların gedişi pulsuz olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər