Ölkədə iyun ayının 21-dək olan hava proqnozu açıqlandı
İyunun 21-dək Gürcüstanda yüksək temperatur fonunda şimşək çaxacaq qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, paytaxt Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Tufan zamanı küləklər güclənə bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.


