Gürcüstan məhbusların sayına görə Avropa üzrə hələ də ikinci yerdədir
9500 məhkumun olduğu Gürcüstan Avropada məhbusların sayına görə ikinci yerdədir. Qeyd olunanlarla paralel olaraq bəzi cəzaçəkmə müəssisələrində məhkumların sıxlığı problemi də mövcuddur.
InterPress.ge xəbər verir ki, bu barədə xalq müdafiəçi Levan İoseliani “İnterpressNews”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədəki 14 penitensiar müəssisədən 4-ü məhbusların ümumi sayının 70%-ni saxlayır.
“Məhbusların sayını bir neçə yolla azaltmaq olar, o cümlədən prezident Salome Zurabişvilinin səmərəli istifadə etmədiyi amnistiya mexanizmi ilə. Xalq müdafiəçinin sözlərinə görə, əgər başqa vaxtlarda başqa prezidentlərin əfv etdiyi məhbusların sayı bir neçə yüz idisə, indi bu rəqəm vahidlərlə müəyyən edilib.” – deyə ombudsman bildirib.
Xalq müdafiəçisi həmçini ölkə üzrə həbsxanalardakı vəziyyət və çətinliklərdən bəhs edib.
Gürcüstanda 14 penitensiar müəssisə mövcuddur. o cümlədən bunlar arasına 18-ci tibb müəssisəsidə daxildir. Hamısını monitorinq etmişik, öz gözlərimlə gördüyüm üçün hər yerdə vəziyyəti bilirəm.
Sonuncu dəfə Layturidə yeni açılan müəssisədə, bir neçə gün əvvəl isə 8-ci müəssisənin keçmiş Matrosov hissəsində idim. Gürcüstanın Avropada məhbusların sayına görə hələ də ikinci yerdə olması çox üzücüdür. Bu yaxınlarda Avropa Şurasının hesabatı dərc olundu və burada Gürcüstan hər 100 min əhaliyə düşən məhbusların sayına görə Türkiyədən sonra ikinci yerdədir. Gürcüstanda məhkumların orta sayı 9500 nəfərdir, bu rəqəm kifayət qədər çoxdur, onu azaltmaq olar. Mən sizə bir neçə maraqlı statistikanı da deyim, bütün penitensiar sistemdəki məhbusların az qala 35%-i Rustavinin 17-ci və 15-ci müəssisələrində toplanıb, 2-ci və 8-ci müəssisələri də əlavə etsək, ümumi sayının 70%-i məhbuslar 4 müəssisədə toplanır ki, bu da kifayət qədər yüksək göstəricidir. Bunun özü də onu göstərir ki, mənim fikrimcə, Gürcüstana orta hesabla 500 nəfərlik ən azı 2 yeni qurum lazımdır. Eyni zamanda, məhbusların sayının azaldılması üçün bir sıra addımlar atılmalıdır ki, Gürcüstan bu statistikada aşağı düşə bilsin. Hesab edirəm ki, bu qədər adamı həbsdə saxlamağa ehtiyac yoxdur.” – xalq müdafiəçisi Levan İoseliani qeyd edib.


