17 
Iyn
2024
10:29
353

İrakli Kobaxidze müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Hökumət başçısı qeyd edir ki, müsəlman icması Gürcüstanın tarixinin, mədəniyyətinin və bu gününün tərkib hissəsidir.

“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, tərəfkeşliyin, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Müsəlman icması Gürcüstanın tarixinin və mədəniyyətinin, bu gününün ayrılmaz hissəsidir. Siz öz əməyinizlə, ölkəyə sədaqətinizlə vətənimizin tərəqqisinə əvəzsiz töhfələr verirsiniz. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir.

Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, sizə əmin-amanlıq və firavanlıq arzulayıram”, - Deyə Baş nazirin təbrikində deyilir. 
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər