Pensionerlərin nəzərinə! Yeni qayda tədbiq olunur, artıq bu üsulla sərbəst pensiya alacaqsınız
"Gürcüstanın baş naziri Qiorqi Qaxarianın açıqlamasına görə pensionerlər bundan sonra pensiyalarını hər ayın 1-dən 14-dək alacaqlar".
InterPress.ge xəbər verir ki, bu haqda baş nazir hökumət iclası başlayarkən qeyd edib.
Onun sözlərinə görə pensiyaların ödənməsi bank tərəfindən yaradılacaq müvafiq cədvələ uyğun olaraq baş tutacaq. Hökumət komandasınının açıqlamasına görə, dəyişikliyin məqsədi bank filiallarına səfərbərliyin və sıraların azalmasıdır.
"Bildiyiniz kimi, pensionerlərə pensiyalar hər ayın 14-də ödənir, bu isə bank filiallarında xüsusilə də Liberti bank filiallarında diskomfort və sıra çoxluğuna səbəb olurdu. Bundan başqa bu pandemiya dövründə virusun yayılması riskini də artırmış olur. Hamımız bilirik ki, yaşlı nəsil risk qrupuna aiddir. Bundan irəli gələrək biz bank sektoru ilə bərabər qərara gəldik ki, pensiyalar hər ayın 1-dən 14-dək müvafiq cədvələ uyğun olaraq ödənilsin və paylanılsın. Hər pensioner öz cədvəlini biləcək. Heç bir məhdudiyyət və gecikmə olmayacaq. Bir sözlə əldə edəcəyimiz əsas nəticə, səfərbərliyin azalmasıdır, artıq növbələr olmamalı və təqaüdçülərimizin bir gün ərzində deyil, hər ayın ilk günündən 14-dək ardıcıl, sakit, dinc və ən əsası bütün Gürcüstan boyu pensiya almaq imkanına sahib olmalarıdır. Epidemiologiyanın, xüsusilə yüksək riskli təqaüdçülərə yayılmasının qarşısını almaq üçün verdiyi tövsiyələrə baxın. Bu, bizim daha bir uğurlu addımımızdır ki, yaşlı insanlarımıza hörmət və qayğımızı göstərmiş oluruq", - dedi Qiorqi Qaxaria.


