Tbilisidə qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsə qarşı ittiham irəli sürülüb
Tbilisidə soyuq silahla qətl törədən şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunub.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Prokurorluğu yayıb.
“Gürcüstan Prokurorluğu Tbilisidə bir nəfərə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, iyunun 13-də Tbilisinin Kukii qəsəbəsində təqsirləndirilən şəxs mübahisə zəminində bıçaqla bədəninin müxtəlif nahiyələrindən zərərçəkmişə bir neçə xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
“Prokurorluq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - deyə məlumatda bildirilir.


