Süd və süd məhsullarının istehsalında 508 qanun pozuntusu aşkar edilib
2024-cü ilin 5 ayı ərzində Milli Qida Agentliyi tərəfindən süd və süd məhsulları istehsalı/emalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə 6729 dövlət nəzarəti həyata keçirilib, nəticədə 508 qanun pozuntusu aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Məlumatı Milli Qida Agentliyi yayıb.
“Milli Qida Agentliyinin müfəttişləri bütün Gürcüstanda pendir və digər süd məhsullarından nümunələr götürürlər.
2024-cü ilin 5 ayının məlumatına görə, Milli Qida Agentliyi tərəfindən süd və süd məhsullarının istehsalı/emalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə artıq 6729 dövlət nəzarəti həyata keçirilib. Nəticədə 508 qanun pozuntusu faktı aşkar edilərək qanunamüvafiq tədbirlər görülüb.
Agentlik süd sektorundakı problemlər və onların həlli yolları üzrə istehsalçılar və assosiasiyalarla fəal əməkdaşlıq edir. Milli Qida Agentliyində keçirilən digər görüşdə pendir istehsalçıları bazarda rəqabətli və ədalətli mühitin yaradılması üçün dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyinə diqqət çəkib, qurumun məhsuldarlığın yaxşılaşdırılması istiqamətində atdığı addım və tədbirləri müsbət qiymətləndiriblər.
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuğiyanın tapşırığına əsasən, Milli Qida Agentliyi bu il süd və süd məhsullarına nəzarəti gücləndirib.
Qeyd edək ki, 2020-ci ildə süd yağının saflığını müəyyən etmək üçün götürülmüş 60 nümunədə pozuntu faizi 13 faizdən çox, 2023-cü ildə isə götürülmüş 250 nümunədən 4,4 faizində pozuntu aşkar edilib”, - məlumatda deyilir.


