14 
Iyn
2024
19:42
512

Avtomobilin texniki baxışdan keçməsi ilə bağlı saxta sənədlər hazırlayan şəxslər saxlanılıb

Üç nəfərə qarşı kommersiya rüşvəti və saxta sənədlərin hazırlanması-satılması faktı ilə ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, texniki baxış mərkəzində rəsmi müəyyən edilmiş ödənişdən əlavə vətəndaşdan əlavə olaraq 250 lari tələb edilib, bunun müqabilində texniki nasazlığı olan avtomobilə texniki baxışdan müsbət keçməsi barədə saxta arayış verilib. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın