Vladimir Putin: Ukrayna ilə danışıqların şərtlərindən biri Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsidir
Ukrayna ilə danışıqlara başlamaq üçün zəruri şərtlər Ukrayna qoşunlarının Donetsk və Luqansk Xalq Respublikalarından, həmçinin Xerson və Zaporojya vilayətlərindən çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsidir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Belə bir söhbətə başlamaq üçün şərtlərimiz sadədir – Ukrayna qoşunları Donetsk, Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərindən, bu rayonların bütün ərazisindən tamamilə çıxarılmalıdır. Kiyev belə bir qərar qəbul etməyə və qoşunların bu bölgələrdən real çıxarılmasına başlamağa hazır olduqlarını bəyan edən kimi, həmçinin NATO-ya daxil olmaq planlarını rədd etdiyini rəsmən bəyan edən kimi, bizim tərəfimiz dərhal atəşi dayandırmaq və danışıqlara başlamaq əmri verəcək.”, - Putin bildirib.


