“Xarici təsirin şəffaflığı haqqında” - qanun ABŞ ilə Aİ-nin Gürcüstanla münasibətinə xələl gətirə bilərmi – VİDEO
Hakim Gürcü Arzusu Partiyasının apreldə parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi 84 səslə qəbul edilib. Qanun həm ölkə daxilində həm də ölkə xaricində etirazlarla qarşılanıb.
InterPress.ge xəbər verir ki, sözügedən qanun strateji tərəfdaşlarımız tərəfindən birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Qanun parlamentə təqdim olunduğu gündən etibarən vətəndaşlar paytaxt Tbilisidə etiraz aksiyaları keçirərək hökuməti qanunu qəbul etməməyə çağırıblar.
O cümlədən bir çox Aİ ölkələrinin nümayəndələri, konqresmenlər, ABŞ Dövlət Departamentinin nümayəndələri və Qeyri Hökumət təşkilatları, Gürcüstan hökumətinə müraciət edərək bu qanunun strateji tərəfdaşlığa və Gürcüstanın Avropa gələcəyinə zərər verdiyini bildirərək qanunun ləğv olunmasını tələb ediblər.
Qanunun qəbulundan sonra ABŞ Dövlət Departamentində keçirilən brifinqdə mətbuat katibi Metyu Miller bildirib ki, sözügedən qanunun qəbulunda rolu olan “Gürcü arzusu”nun üzvlərinə, millət vəkilləri və polis əməkdaşlarına viza sanksiyası tətbiq edilib.
Daha ətraflı video materialı təqdim edirik.


