14 
Iyn
2024
10:24
328

İstintaq xidməti tərəfindən kommersiya rüşvətxorluğu və saxta sənədlərin hazırlanması faktı aşkarlanıb

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 3 nəfər kommersiya rüşvətxorluğu və saxta sənədlərin hazırlanması faktlarında ittiham olunub.

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslərdən biri Mtsxeta-Mtianeti bölgəsində yerləşən texniki baxış mərkəzində işləmiş, qanunsuz maddi artıqlıq əldə etmək məqsədi ilə avtonəqliyyat vasitələrinə sınaqların aparılması prosesində rəsmi olaraq müəyyən edilmiş vergidən əlavə , vətəndaşdan 250 lari tələb edib  və götürüb.Bunun müqabilində isə texniki cəhətdən nasaz avtomobili texniki baxışdan keçirmək barədə saxta arayış tərtib ediblər.

Onların məlumatlarına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər