14 
Iyn
2024
10:21
272

Tbilisidə baş vermiş qətllə bağlı 1 nəfər saxlanılıb

Polis Tbilisidə dünən baş verən qətllə bağlı bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, təqsirləndirilən şəxs 50 yaşlarında olan şəxsə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və nəticədə o, yerindəcə ölüb.

Qurumun məlumatına görə, sözügedən cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin Tiflis Polis İdarəsi və Patrul Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1962-ci il təvəllüdlü O.G.-ni həbs ediblər.

İstintaqla müəyyən edilib ki, bu il iyunun 13-də təqsirləndirilən şəxs 1975-ci il təvəllüdlü qarşılıqlı mübahisə zəminində soyuq silahla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəxs “isti izlər”lə yaxalanıb. "İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər