Bu gün parlamentin plenar iclasında “Nazir saatı” keçiriləcək, onun çərçivəsində elm və təhsil naziri Qiorqi Amilaxvari dinləniləcək.
InterPress.ge xəbər verir ki, parlament iclasında təhsil naziri qurumun gördüyü işlər barədə hesabat təqdim edəcək.
Daha sonra nazir, deputatların suallarını cavablandıracaq və bundan sonra deputatların çıxışı proseduru baş tutacaq.
