“Böyük Yeddilik” liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard ABŞ dolları ayrılması barədə razılığa gəliblər.
InterPress.ge xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
Onların məlumatına görə, Ukrayna krediti 2024-cü ilin sonuna kimi alacaq.
Çox güman ki, qərar 13-14 iyun tarixlərində keçiriləcək G7 sammitində rəsmən təsdiqlənəcək, bundan sonra ölkələr onun həyata keçirilməsinin texniki aspektlərini müəyyən etməli olacaqlar.
Xatırladaq ki, söhbət ABŞ-ın Ukraynaya 50 milyard dollarlıq kreditin transferini nəzərdə tutan təklifindən gedir və həmin məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ödəniləcək.
.jpeg)