12 
Iyn
2024
15:22
268

Polis bir nəfəri təhdid ittihamı ilə saxlayıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Martvili rayon şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1993-cü il təvəllüdlü İ.B. təhdid ittihamı ilə həbs edilib.

InterPress.ge xəbır verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaq müəyyən edib ki, bu il iyunun 11-də təqsirləndirilən şəxs İ.B. Martvili bələdiyyəsində yaşayan 1983-cü il təvəllüdlü S.S. ilə aralarında yaranmış münaqişə zəminində onu ölümlə hədələyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə aparılır.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər